“WhatsApp” və “instagram”ın adları dəyişdiriləcək

“WhatsApp” və “instagram”ın adları dəyişdiriləcək
SOSİAL
21:33 03.08.2019
7271
"WhatsApp” və "İnstagram” sosial şəbəkələrinin adında dəyişiklik ediləcək. Belə ki, həmin tətbiqlərin adına "Facebook-dan” sözü əlavə ediləcək.

Dəyişdirilən adlar Google Play Store və App Store mobil dükanlarında göstəriləcək. Bundan əlavə, yenilənmiş adlar bu iki tətbiqin içərisində də görünəcək.

Lakin mobil cihazların ekranlarında tətbiqlərin adları eyni qalacaq.

"Facebook” şirkətinin sözçüsü Berti Tomsonun sözlərinə görə, bu cür yeniliklər tətbiqetmələrin şirkətə mənsub olduğunu göstərəcək. 
 
///Unikal.org
OXŞAR XƏBƏRLƏR