“WhatsApp Web”dən yenilik: bundan sonra…

MARAQLI
16:16 19.05.2023
216
"WhatsApp Web”in beta proqramında emoji panelinin dəyişdirildiyi müəyyən edilib.

AZXEBER.COM xəbər verir ki, WABetaInfo "WhatsApp Web”in beta versiyasında emoji panelində dəyişiklik edildiyini açıqlayıb.

Bundan əlavə, yeni bir söhbət paylaşma səhifəsinin izləri görünüb. İlk dəfə 2.2321.6 nömrəli "WhatsApp Web”in beta versiyasında görünən bu xüsusiyyətlər daha təkmil formada 2.2319.9-da ortaya çıxıb.

Yayımlanan ekran görüntüsündə söhbət paylaşma səhifəsinin yenidən dizayn edildiyi görünür. 

Bundan əlavə, emoji paneli də yenidən işlənib. Əvvəllər bu panel ekranın bütün aşağı hissəsini tuturdu. Ən son yeniləmə ilə emoji paneli stikerlər və GIF nişanları ilə birlikdə ayrıca və daha kiçik ölçüdə göstərilir.

Ayşən

 

OXŞAR XƏBƏRLƏR