"Whatsapp"dakı problem aradan qaldırıldı - YENİLƏNİB

MARAQLI
00:24 20.07.2023
1448
00:24
 
Dünyanın ən məşhur mesajlaşma xidməti Whatsapp çöküb. 

AZXEBER.COM-un məlumatına görə, məşhur mesajlaşma tətbiqində artıq 30 dəqiqədən çoxdur ki, xidmət mövcud deyil. Whatsapp-a girə bilməyən insanlar cavab axtarır. 

Bununla yanaşı, WhatsApp Web proqramına da giriş imkanı yoxdur.

Whatsapp isə hələlik heç bir rəsmi məlumat yaymayıb.
 
Mikayıl
 
01:04

"Whatsapp"da yaranan problem aradan qaldırılıb.

AZXEBER.COM xəbər verir ki, bir neçə dəqiqə əvvəldən artıq istifadəçilər rahat şəkildə "Whatsapp"da mesajlaşa bilirlər.

Qeyd edək ki, az əvvəl "Whatsapp" çökmüşdü.

OXŞAR XƏBƏRLƏR