“WhatsApp”a görə ər arvadını boşadı

DÜNYA
10:21 18.11.2014
1905
Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda yaşayan Mustafa bin Halim arvadını boşayıb.Səbəb isə WhatsApp-la bağlı olaydır.
AZXEBER.COM Emirates 24/7-a istinadən bildirir ki, 35 yaşlı Mustafa bin Həlim iki həftə əvvəl işdə, ofisdə olarkən 28 yaşlı xanımına WhatsApp vasitəsilə mesaj yazıb.
Lakin iki saat keçib, xanımı Mustafaya cavab verməyib. Narahat olan Mustafa dərhal evə yollanıb.
O, evə girəndə arvadının qonaq otağında oturaraq televizora baxdığını görüb.
Arvadından mesajına niyə cavab vermədiyini soruşanda Mustafa "WhatsApp-da rəfiqələrimlə yazışırdım, sonra cavab verəcəkdim" cavabını alıb. Mustafa bin Həlim elə həmin gün Şəriət məhkəməsinə üz tutaraq arvadını boşadığını bildirib.
"Ona mesaj yazandan sonra gördüm ki, yazdığımı oxuyub. Amma mənə cavab vermədi. Arvadım üçün rəfiqələri və qohumları məndən üstündürsə, onunla birlikdə yaşamağın nə mənası var?!" - Mustafa bin Həlim deyib.
OXŞAR XƏBƏRLƏR