“WhatsApp”a qadağa qoyula bilər – Proqramın direktorundan gözlənilməz açıqlama

MARAQLI
13:00 12.12.2022
495
"WhatsApp”a qadağa qoyula bilər.

AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, mesajlaşma proqramının direktoru Will Cathcart danışıb.

"WhatsApp” mesajlaşma proqramının direktoru Will Cathcart deyib ki, "Onlayn Təhlükəsizlik Aktı”na əməl etməkdənsə, proqrama qadağa qoyulması daha yaxşı olardı.

"The Telegraph” qəzetinə danışan Cathcart istifadəçilər arasında olan mesajları İngiltərə səlahiyyətliləri üçün əlçatan etməkdənsə, tətbiqin qadağan edilməsinin daha yaxşı olacağını ifadə edib: "Qanun layihəsində texnologiya təminatçılarının başdan-başa şifrələməni aradan qaldırmasını tələb edən xəbərdarlıqlar var”.

Onlayn Təhlükəsizlik Aktı ilk dəfə 2019-cu ildə keçmiş Baş nazir Tereza Mey tərəfindən təklif edilib və o vaxtdan bəri bir sıra dəyişikliklərə məruz qalıb.

Qeyd dək ki, "WhatsApp” əvvəllər Çin, Şimali Koreya, İran, Suriya, Qətər və Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) qadağan edilmiş və ya məhdudlaşdırılmışdı.

Aydın

OXŞAR XƏBƏRLƏR