"WhatsApp" növbəti funksiyasını açıqlayıb.
AZXEBER.COM xəbər verir ki, proqram bu dəfə nömrənizin icmalarda gizli qalmasına imkan verən funksiyanı təqdim edib.
Bu xüsusiyyət ilə icmalarda gizli qalmaq mümkün olacaq. Açılan icmalarda gizli qalmağınıza kömək edəcək bu xüsusiyyət "Telefon Nömrəsinin Məxfiliyi" xüsusiyyəti olaraq elan edilib.
Xüsusiyyətin əsası ondan ibarətdir ki, o, öz nömrənizi və adınızı, yəni profilinizi icmalarda tamamilə gizlətməyə kömək edir.
Bununla belə, bu halda, nə qədər anonim olmağınızdan asılı olmayaraq, siz hələ də icma admininizə və eyni icmada sizi əlavə etmiş şəxslərə görünəcəksiniz.
Bu xüsusiyyətin məqsədi əcnəbi insanlarla eyni yerdə olduğunuz zaman problem yaşayacağınız vəziyyətlərin qarşısını almaq və ya istəmədiyiniz insanlar tərəfindən əlavə olunmağınızın qarşısını almaqdır.
Mikayıl