"WhatsApp"da göndərilən faylların həcmi artırılır

"WhatsApp"da göndərilən faylların həcmi artırılır
SOSİAL
17:31 27.06.2017
846
"WhatsApp" istifadəçilərini yaxın vaxtlarda əlamətdar xəbər gözləyir.
 
AZXEBER.COM Vladtime.ru-ya istinadən xəbərinə görə, onlar 128 MB-a qədər istənilən növ obyektləri bir-birinə göndərə biləcəklər.
 
Hazırda istifadəçilər PDF və Word formatında istənilən media obyekti və mətn fayllarını mübadilə edə bilirlər. Bundan sonra isə iOS əməliyyat sistemində 128 MB-a qədər, Android əməliyyat sistemində isə 100 MB-a qədər faylları göndərə biləcəklər. "WhatsApp"ın veb versiyasının istifadəçiləri üçün isə bu hədd 64 MB müəyyənləşdirilib.
 
Hazırda test rejimində olan bu yeniliyin nə vaxt tətbiq olunacağı isə sirr kimi saxlanılır.
 
lent.az
OXŞAR XƏBƏRLƏR