"WhatsApp"da mesajları silənlərə xoş xəbər - Yeni funksiya gəldi
MARAQLI
13:49 07.12.2021
1563
"WhatsApp"da yeni funksiya tətbiq olunub.
AZXEBER.COM xəbər verir ki, bundan sonra ismarıclar istifadəçinin təyin etdiyi müddət ərzində avtomatik silinəcək.
Funksiya ismarıcları 24 saat, 1 həftə, yaxud 90 gün sonra silir.
Android və ya iOS ilə çalışan telefonlarda funksiyanı açmaq və yaxud söndürmək üçün "Parametrlər”də şəxsi hesabdan "Məxfilik” bölməsinə, orada isə "Silinən ismarıclar” bölməsinə daxil olmaq lazımdır.