"WhatsApp"da yeni funksiya: Artıq səsli mesajları yazıya çevirə biləcəksiniz

"WhatsApp"da yeni funksiya: Artıq səsli mesajları yazıya çevirə biləcəksiniz
MARAQLI
13:40 12.07.2024
461
"WhatsApp"a yeni funksiya əlavə ediləcək.

AZXEBER.COM xəbər verir ki, funksiya hazırda ingilis, ispan, portuqal (Braziliya), rus və hindi dillərini dəstəkləyir və seçilmiş dil paketi yükləndikdən sonra cihazda audio transkriptlər yaradılır.  
 
Beləliklə, istifadəçi məxfiliyi təmin edilir.

Səsli mesajların transkripsiya edilməsi təkcə eşitmə qüsurlu insanlar üçün tətbiq təcrübəsini asanlaşdırmır, həm də istifadəçilərə səs-küylü və ya uyğun olmayan mühitlərdə səsli mesajlara daxil olmaq imkanı verir.

Bundan əlavə, uzun səsli yazışmaların məzmununu köçürmək, şübhəsiz ki, vacib bir mövzunun daha yaxşı başa düşülməsi baxımından faydalı olacaq.

Qeyd edək ki, eyni funksiya daha əvvəl may ayında iOS istifadəçilərinə təqdim edilmişdi.
 
Funksiya tezliklə bütün istifadəçilər üçün əlçatan olacaq.
 
Mikayıl
OXŞAR XƏBƏRLƏR