"WhatsApp"da söhbətlərdə seçilmiş mesaj yuxarıda 30 gün qalacaq.
AZXEBER.COM xəbər verir ki, bunu şirkət elan edib.
Qeyd edilib ki, bu funksiya sayəsində seçilmiş mesajları 24 saat və ya 30 gün ərzində çatlarda sabitləşdirmək olar.
Qrup söhbətlərində tez-tez istifadə edilməsi gözlənilən xüsusiyyət sayəsində izdihamlı qruplarda edilən elanların digər iştirakçılar tərəfindən diqqətdən kənarda qalmaması üçün bu xüsusiyyətdən istifadə edilməsi gözlənilir.
"WhatsApp”ın mesaj sabitləmə funksiyası bu yaxınlarda tətbiqə əlavə olunmağa başlayıb.
Şirkət tədricən yeni funksiyanı təqdim etdiyi üçün o, hələ sizə çatmamış ola bilər.
Mikayıl