“WhatsApp”da yeni funksiya – Qrup yaratdıqda…

MARAQLI
13:13 09.03.2023
343
"WhatsApp” yeni funksiyası üzərində çalışır.

AZXEBER.COM xəbər verir ki, yeni funksiya sayəsində ən son iOS beta versiyasında qruplara artıq son istifadə tarixləri təyin etmək mümkün olacaq.

Qrupun müddəti bitdikdə istifadəçiyə bildiriş göndərəcək. Bundan sonra istifadəçi qrupdan çıxa və ya qrupdakı mesajları silə biləcək.

Beləliklə, "WhatsApp”da qrupların istifadə müddətini istifadəçilər müəyyən edəcək. Qeyd olunan xüsusiyyətlə yanaşı, istifadəçilər bitmə tarixi olaraq günü, həftəni və ya istənilən tarixi seçə biləcəklər.

Yeni funksiya hələ sınaq mərhələsində olduğu üçün əlavə məlumat yoxdur. 

Aydın

OXŞAR XƏBƏRLƏR