"WhatsApp" iOS üçün "App Store"də yeni funksiyanı təqdim edib.
AZXEBER.COM xəbər verir ki, "WhatsApp"ın istifadəyə verdiyi yeni funksiyanın quruluş nömrəsi 23.17.71 olaraq müəyyən edilib.
Bu yeniləmə ilə gələn ən əhəmiyyətli xüsusiyyət, daha yüksək effektlə şəkillər göndərmək imkanı olub.
iOS 23.11.0.76 beta yeniləməsində sınaqdan keçirilməyə başlanan yüksək keyfiyyətli şəkil göndərmə xüsusiyyəti, stabil təqdimatla iOS istifadəçilərinin istifadəsinə verilib.
Beləliklə, "WhatsApp" istifadəçiləri rəsm redaktorunda HD variantını seçməklə daha keyfiyyətli şəkillər göndərə biləcəklər.
Mikayıl