"Whatsapp"da yenilik: Artıq kontaktlarınız arasında...

MARAQLI
15:44 20.04.2023
313
"WhatsApp"ın "Android beta" versiyasında edilən kiçik dəyişiklik diqqətdən yayınmayıb.

AZXEBER.COM Türkiyə mediasına istinadən xəbər verir ki, daim özünü yeniləyərək populyarlığını qorumağı bacaran "WhatsApp" bu günlərdə daha bir çox beta yeniləmələrini dərc edərək təkamülünü davam etdirir.

Bu yaxınlarda yayımlanan betada videoların endirilməsi və baxılması ilə bağlı problemlər aşkarlanıb. "Google" daha sonra yeni bir yeniləmə hazırlayıb və bu problemi həll edib.
 
WABetaInfo tərəfindən verilən qərara əsasən, tətbiqin kontaktlar siyahısının "haqqında bölməsi"ndə dəyişiklik edilib.

Çox kiçik bir dəyişiklik olduğu üçün fərq etmək çətin olan dəyişikliklə "WhatsApp" kontaktları siyahısında təkmilləşdirmə aparılıb. Müvafiq olaraq, siyahıya kontaktlarınız haqqında mətni göstərən sətir əlavə edilib.

Hazırda tək sətir olan "haqqında bölməsi" indi 2 sətirə çevrilib. Ancaq bu, yeganə dəyişiklik deyil. Haqqında mətni indi hətta mesaj yönləndirilərkən də kontaktlar siyahısında görünür. Bu, "çox vacib" dəyişiklik olmasa da, tətbiqin istifadəçiləri üçün müsbət tapılıb.

Bəs niyə "WhatsApp" bu kiçik dəyişikliyə ehtiyac duydu?

Cari versiyada yalnız bir sətir göründüyü üçün istifadəçi haqqında bölmədəki daha uzun mətnləri oxumaq üçün "haqqında bölməsinə" klik etməli idi. Bu da vaxt itkisi idi. Artıq belə bir ehtiyac yoxdur, biz bu barədə bütün mətni klikləmədən oxumaqla etmək istədiyimiz hərəkəti çox daha sürətli yerinə yetirə bilərik.

Qeyd edək ki, "WhatsApp"ın bu funksiyanı bütün istifadəçilərə nə zaman təqdim edəcəyi hələlik məlum deyil.
 
Mikayıl

 

OXŞAR XƏBƏRLƏR