"WhatsApp”ın Android üçün 2.23.10.2 beta yeniləməsi buraxılıb.
AZXEBER.COM xəbər verir ki, yeni funksiyaya görə, GIF-ləri avtomatik oxutmaq mümkün olacaq.
Əvvəllər "WhatsApp”da göndərilən GIF-i oynamaq üçün GIF şəklinə toxunmaq lazım idi. Yeni beta yeniləməsində isə GIF indi avtomatik olaraq oynayır.
Söhbəti açdığınız zaman və ya sürüşdürdüyünüz zaman GIF-in oynadığının şahidi olacaqsınız.
Bu funksiya ilə tam versiya yeniləməsinin gələcəkdə bütün Android istifadəçiləri üçün əlçatan olması planlaşdırılır.
Ayşən