"WhatsApp”ın yeni funksiyası açıqlanıb.
AZXEBER.COM xəbər verir ki, yeni funksiya indi istifadəçilərə video zəng zamanı ekran paylaşımı zamanı bütün iştirakçılarla eyni vaxtda video və musiqi audio paylaşmağa imkan verəcək.
Bununla belə, istifadəçilərin yeni funksiyadan yalnız videozənglərdə istifadə edə biləcəyi bildirilib.
Ekran paylaşımı seçiminin aktiv olduğu video zəng zamanı cihaz səsini paylaşma xüsusiyyəti sayəsində istifadəçilər video və musiqi məzmununu birlikdə dinləyə biləcəklər.
Bu yolla istifadəçilər göstərmək istədikləri video və musiqiləri paylaşa və ya danışdıqları insanları daha asan şəkildə dinləyə biləcəklər.
Mikayıl