"WhatsApp"dan maraqlı funksiya

"WhatsApp"dan maraqlı funksiya
MARAQLI
10:31 09.07.2023
299
"WhatsApp" messenceri istifadəçilər üçün daha bir maraqlı funksiya təqdim edir.

"Android" proqramında bundan sonra çatları filtrdən keçirmək mümkün olacaq.

Yeniləmədən sonra çat siyahısının yuxarısında üç filtr - oxunmamış mesajlar, şəxsi və iş söhbətləri üçün, olacaq.

Bu, istifadəçilərin vacib söhbətləri tapmasını və onlara daxil olmasını asanlaşdıracaq.
Qeyd olunur ki, yenilənmiş funksiya yaxın gələcəkdə hər kəs üçün əlçatan olacaq.
 
///Baku.ws
OXŞAR XƏBƏRLƏR