"WhatsApp” yeni funksiya ilə naməlum nömrələrdən gələn zəngləri susduracaq.
AZXEBER.COM xəbər verir ki, dünyanın ən məşhur ani mesajlaşma proqramı olan "WhatsApp” istifadəçilər üçün çox faydalı olacaq yeni funksiyalar üzərində işləyir.
Belə ki, "WhatsApp” naməlum nömrələrdən gələn zəngləri susduracaq.
"WhatsApp”da tanımadığınız insanların zənglərini avtomatik söndürmək üçün Parametrlər - Məxfilik - Zənglər bölməsinə keçin və "Naməlum zəngləri susdur" seçimini aktiv edin.
"WhatsApp” qeydiyyatdan keçməmiş nömrədən gələn zəngi avtomatik olaraq susduracaq, lakin istifadəçilər yenə də gələn zəngi ekranda görəcəklər.
Ayşən