“WhatsApp”dan yenilik: Süni intellektli robot gəlir

MARAQLI
10:02 23.11.2023
256
"WhatsApp” bəzi beta istifadəçiləri üçün süni intellekt köməkçisini istifadəyə verib. Bəs bu xüsusiyyət nə edəcək?

AZXEBER.COM xəbər verir ki, ChatGPT-nin artan istifadəsi ilə bir çox texnologiya şirkətləri söhbət botlarını məhsullarına inteqrasiya etməyə başladılar. 

Son aylarda trendə qoşulan "WhatsApp” tətbiqə süni intellekt dəstəkli söhbət robotunu əlavə edəcəyini açıqlamışdı.

Şirkət bəzi beta istifadəçiləri üçün süni intellekt köməkçisini istifadəyə verib. "WhatsApp” səlis və real söhbətlər aparacaq süni intellekt söhbət botu üçün böyük ölçüdə Llama 2 böyük dil modelinə güvənir. 

WABetaInfo-nun məlumatına görə, Meta süni intellekt söhbət botunun son mərhələsinə çatıb.

Hazırda bu funksiya yalnız "WhatsApp” beta istifadəçilərinin seçilmiş qrupu üçün əlçatandır, lakin yaxın günlərdə hər kəs üçün əlçatan olacaq.

Ayşən

OXŞAR XƏBƏRLƏR