"WhatsApp"da yeni funksiya tətbiq ediləcək.
AZXEBER.COM xəbər verir ki, "WhatsApp” rəsmi olaraq yeni cihaz doğrulaması və avtomatik təhlükəsizlik kodları ilə hesabın təhlükəsizlik xüsusiyyətlərini elan edib.
Bu barədə messencerin rəsmi bloqunda bildirilib.
Bundan sonra hesabı yeni cihaza köçürərkən istifadəçilərə köhnə cihazda əməliyyatı təsdiqləmək seçimi haqqında sorğu görünəcək.
"WhatsApp hesabınızı yeni cihaza köçürərkən, bunu edənin siz olduğunuzdan əmin olmaq bizim üçün vacibdir. İndi əlavə təhlükəsizlik tədbiri olaraq, köhnə cihazda hərəkəti təsdiqləməyinizi xahiş edən bildiriş göstəriləcək", - deyə tərtibatçılar bildirib.
Bloqda deyilir ki, "WhatsApp" təhlükəsizliyi artırmaq üçün digər yeniləmələr də olacaq.
Xüsusilə, istifadəçilər "Şifrələmə" bölməsində yerinə yetirilən təhlükəsizlik kodlarını avtomatik olaraq yoxlaya biləcəklər.
"Bu yenilik sayəsində "Şifrələmə" bölməsinə keçdiyiniz zaman seçilmiş kontaktla yazışmalarınızın qorunduğundan dərhal əmin ola bilərsiniz", - messencerin nümayəndələri qeyd ediblər.
Yeni təhlükəsizlik tədbirləri yaxın aylarda həyata keçiriləcək.
Gülay