Ötən gün canlı yayımda "WhatsApp"ı silərək ictimaiyyətə müraciət edən Venesuela Prezidenti Nikolas Maduro sosial media vasitələrini casus sistem adlandırıb.
AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, Maduro bunu Prezident sarayında balıqçılıq və kənd təsərrüfatı sektorunun nümayəndələri ilə görüşən zaman deyib.
""WhatsApp" Venesuelada bəzi məlumatları kolumbiyalı narkotik tacirlərinə təhvil verib. Bu sosial proqram psixoloji müharibə aparır. Çevrilişin lehinə danışmayan sosial liderləri, əsgərləri, polisləri, sənətçiləri və idmançıları təhdid edir", - deyə Maduro əlavə edib.
Vətəndaşlara "WeChat" və "Telegram" tətbiqlərini tövsiyə edən Maduro "İnsanları könüllü olaraq WhatsApp-dan çıxmağa və başqa şəbəkələrə keçməyə çağırıram" - deyib.