"WhatsApp"ın keçmiş əməkdaşı şirkəti məhkəməyə verdi - Bu səbəbdən

"WhatsApp"ın keçmiş əməkdaşı şirkəti məhkəməyə verdi - Bu səbəbdən
DÜNYA
14:14 09.09.2025
231
"WhatsApp"ın keçmiş əməkdaşı şirkəti məhkəməyə verib.
 
AZXEBER.COM "New York Times"a istinadən xəbər verir ki, sabiq təhlükəsizlik rəisi Attaullah Beyq şirkətin minlərlə əməkdaşının istifadəçilərin həssas məlumatlarına çıxışı olduğunu bildirərək bu addımı atıb.
   
Sabiq əməkdaş baş direktor Mark Zukerberq də daxil olmaqla rəsmiləri yoxlamaları zamanı aşkar etdiyi təhlükəsizlik zəiflikləri barədə xəbərdar etdiyini, lakin fevralda etdiyi hərəkətlərə görə qisas olaraq işdən çıxarıldığını deyib.

"Meta" şirkətinin sözçüsü ittihamları rədd edərək belə açıqlama verib:
 
"Qeyri-peşəkar performansına görə işdən çıxarılan keçmiş işçinin iddiaları komandamızın zəhmətini təhrif edir".
 
Mikayıl


OXŞAR XƏBƏRLƏR