"Wikileaks"in yaradıcısı şəxsi əşyalarını satışa çıxardı

MARAQLI
16:43 18.09.2011
1511

Qalmaqallı "Wikileaks" saytının yaradıcısı Culian Assanj öz şəxsi əşyalarını internet-hərraca çıxarıb.

Assanj bu yolla internet-resursun maliyyə vəziyyətini yaxşılaşdırmağa çalışır. ABŞ-ın məxfi diplomatik sənədlərinin dərc edilməsindən sonra hesablarının bağlanması ilə sayt özünün əsas gəlir mənbəyindən - fərdi bəxşişlərdən məhrum olub. E-bay internet-hərracında 10 əşya satışa çıxarılıb. Onların arasında Culian Assanjın London həbsxanasından özü ilə götürdüyü kofe paketi var ki, onun başlanğıc qiyməti 315 dollardır. "Wikileaks" komandasının məxfi sənədləri dərc etməyə hazırladığı kompüterin başlanğıc qiyməti isə, nə az-nə çox, 500 min dollardır. Potensial alıcılara üzərində Culian Assanjın avtoqrafı olan 6000 dollarlıq şəxsi şəkli də təklif edilir. 

OXŞAR XƏBƏRLƏR