Microsoft şirkəti “Windows” əməliyyat sisteminin quraşdırılması üçün lisenziyanın qiymətini iki dəfə ucuzlaşdırmağı planlaşdırır.
Uyğun qadjetlər yaratmaqla şirkət ilk növbədə kompakt planşetlərin və nisbətən ucuz noutbuk alıcılarının diqqətini çəkməyə çalışıb.
AZXEBER.COM Bloomberqə istinadən xəbər verir ki, indiyə qədər “Windows 8.1”–in quraşdırılması üçün lisenziyanın ən yüksək qiyməti 250 dollar, ən aşağı 50 dollar idisə, bundan sonra Microsoft lisenziya uçun qiyməti 15 dollara endirməyi nəzərdə tutur.
Bu addımı atmaqda əsas məqsəd noutbuklarda Google istehsalı olan Chrome əməliyyat sistemi ilə rəqabətə davam gətirmək olub. Bu əməliyyat sistemi ilə işləyən noutbukları hazırda ABŞ-da 250 dollar və ya daha ucuz qiymətə almaq mümkündür. Son zamanlar ABŞ təhsil müəssisələrində bu əməliyyat sistemi ilə çalışan noutbukların istifadəsi genişlənib. Həmçinin, onlardan sıravi istehlakçılar öz uşaqları üçün ilk kompüter kimi, yaxud köməkçi vasitə kimi də alışı genişlənib.