WSJ: ABŞ İrana qarşı əməliyyatları tezliklə dayandırmayacaq

WSJ: ABŞ İrana qarşı əməliyyatları tezliklə dayandırmayacaq
DÜNYA
10:03 14.03.2026
161
Ağ Ev rəhbəri Donald Tramp yaxın gələcəkdə Yaxın Şərqdəki hərbi əməliyyatları dayandırmaq niyyətində deyil, İrana qarşı əməliyyat daha bir neçə həftə uzana bilər.

AZXEBER.COM xəbər verir ki, bu barədə "The Wall Street Journal" (WSJ) qəzeti məlumatlı mənbələrə istinadən yazıb.

Onların məlumatına görə, dövlət başçısının bir sıra məsləhətçiləri onu əməliyyatı başa çatdırmağa inandırmağa çalışırlar, lakin Tramp İrana və İran yönümlü birləşmələrə qarşı zərbələri davam etdirməkdə qərarlıdır. Nəşr diqqətə çatdırıb ki, bu mövqe prezidentin Amerika Silahlı Qüvvələrinin qarşıya qoyulmuş vəzifələrin öhdəsindən praktiki olaraq gəldiyi barədə rəsmi ritorikası ilə ziddiyyət təşkil edir.

Pentaqonda isə, öz növbəsində, hesab edirlər ki, münaqişənin aktiv fazası azı daha bir neçə həftə davam edəcək.

Qəzetin mənbələri bildiriblər ki, Tramp hərbi kampaniyanın başlaması barədə əmr verərkən Amerika ordusunun İslam Respublikası üzərində sürətli və qeyd-şərtsiz qələbə qazanmağa qadir olduğuna əmin idi. Prezident 2025-ci ildə İranın nüvə obyektlərinə endirilən zərbələrin uğurundan, eləcə də Venesueladakı hərbi əməliyyatdan ilhamlanıb.

Bununla belə, İrana qarşı hərbi əməliyyatların aparılması Birləşmiş Ştatlara hər həftə milyardlarla dollara başa gəlir və münaqişənin uzunmüddətli və daha genişmiqyaslı regional qarşıdurmaya çevrilmək riski var ki, bu da Amerika iqtisadiyyatına ciddi zərbə vura və staqflyasiyaya səbəb ola bilər.

Xatırladaq ki, ABŞ və İsrail fevralın 28-də İrana qarşı hərbi əməliyyata başlayıb. SEPAH İsrail, Bəhreyn, İordaniya, Qətər, Küveyt, BƏƏ və Səudiyyə Ərəbistanındakı obyektlərə hücum edərək genişmiqyaslı cavab əməliyyatına başladığını açıqlayıb.
 
"Report"
OXŞAR XƏBƏRLƏR