ABŞ rəsmiləri İranın planlaşdırdığı hücumlardan danışıb.
AZXEBER.COM ABŞ-ın aparıcı qəzetlərindən biri olan "Wall Street Journal”-a istinadən xəbər verir ki, qəzetə açıqlama verən ABŞ və Səudiyyə rəsmiləri İranın diqqəti ölkə daxilindəki etirazlardan yayındırmaq üçün tezliklə Səudiyyə Ərəbistanı və İraqın Ərbil şəhərindəki bəzi hədəflərə hücum edə biləcəyini bildiriblər.
Səudiyyə Ərəbistanının bu kəşfiyyatı ABŞ rəsmiləri ilə paylaşdığına diqqət çəkən xəbərdə iki ölkə və bəzi digər ölkələrin ordularının həyəcan vəziyyətində olduğu bildirilib.
Ağ Evin Milli Təhlükəsizlik Şurasının rəsmisi də məsələ ilə bağlı açıqlama verib:
"Biz İran təhlükəsinin görünməsindən narahatıq. Biz Səudiyyə Ərəbistanı ilə hərbi və kəşfiyyat kanalları vasitəsilə daim əlaqə saxlayırıq. Biz regiondakı maraqlarımızı və tərəfdaşlarımızı müdafiə etmək üçün hərəkətə keçməkdən çəkinməyəcəyik”.
Ayşən