Əvvəllər "Twitter” kimi tanınan "X” sosial media platformasının sahibi İlon Mask təəccüblü qərarını ictimaiyyətlə bölüşüb.
AZXEBER.COM xəbər verir ki, keçən il 44 milyard dollara aldığı "Twitter”in adını "X” olaraq dəyişdirən SpaceX və Tesla CEO-su Elon Musk son açıqlaması ilə yenidən müzakirələrə səbəb olub.
"X” CEO yeni qərarla platforma istifadəçilərinin digər hesabları bloklamasına imkan verən funksiyanı aradan qaldıracağını bildirib.
"X”də bloklama funksiyası istifadəçiyə müəyyən hesablarla əlaqə saxlamağı, onların yazılarına baxmaq və ya izləməyi məhdudlaşdırmağa imkan verir.
Gülay