"Asan olmayacaq".
Bunu "Bayer 04" komandasının baş məşqçisi Xabi Alonso Almaniyada "Qarabağ"a qarşı keçirəcəkləri Avropa Liqasının 1/8 final mərhələsinin cavab oyunundan əvvəl mətbuat konfransında deyib.
Mütəxəssis optimist olduqlarını bildirib: "Yaxşı istirahət etmişik. Azarkeşlərimizin qarşısında istədiyimiz oyunu göstərmək niyyətindəyik. Əlimizdən gələni edəcəyik. Sabah da yüksək performans göstərməyə çalışacağıq. Qarşıda bizi çox oyunlar gözləyir. Bütün bacarığımızı göstərməliyik. Ümid edirəm ki, biz qalib gələcəyik. Hər bir görüşə diqqət etməliyik".
Alonso XXV turunda "Volfsburq”u 2:0 hesabı ilə məğlub etdikləri Bundesliqa matçındakı kimi oynamayacaqlarını sözlərinə əlavə edib: "Mart, aprel və mayda bizi sıx qrafiq gözləyir. Üç turnirdə mübarizə aparacağıq. Düşünürük ki, heyətimiz yaxşıdır və bütün oyunçularımız hazırdır".
Qeyd edək ki, Leverkuzendəki qarşılaşma martın 14-də, Bakı vaxtı ilə saat 00:00-da başlayacaq. Bakıdakı ilk matç 2:2 hesabı ilə nəticələnib.
///Report