Xabi Ronaldonu "Bayer"ə dəvət edir

İDMAN
19:21 24.05.2024
268
Portuqaliya millisinin və "Əl-Nəsr"in 39 yaşlı hücumçusu Kriştiano Ronaldo yenidən Avropa futboluna qayıda bilər.

AZXEBER.COM BAKU.WS-ə istinadən xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanından olan jurnalist Əlhaz Mutab məlumt yayıb.

Ronaldo ilə "Bayer Leverkuzen" maraqlanır.

Qeyd olunur ki, futbolçunu şəxsən məşqçi Xabi Alonso dəvət etmək istəyir. İspan məşqçi Ronaldonun Bundesliqa və Çempionlar Liqasında "Bayer"ə kömək edəcəyinə əmindir.

Xatırladaq ki, Kriştiano Ronaldo 2023-cü ildə azad agent kimi "Əl-Nəsr"ə keçib. Bu mövsüm Ronaldo bütün turnirlərdə 42 matçda iştirak edib, 42 qol vurub, 12 məhsuldar ötürmə edib.

"Transfermarkt" portalı futbolçunu 15 milyon avro qiymətləndirir.

OXŞAR XƏBƏRLƏR