Xaçmazda avtomobil ağaca çırpılıb, ölən və yaralanan var

HADİSƏ
21:18 16.02.2025
324

Xaçmazda ölümlə nəticələnən ağır yol qəzası baş verib.

Hadisə Xudat - Qusar avtomobil yolunun Xaçmaz rayonunun Köhnə Xudat kəndi yaxınlığından keçən hissəsində qeydə alınıb.

Belə ki, "Mercedes” markalı minik avtomobili hərəkətdə olan zaman yoldan çıxaraq qoz ağacına çırpılıb.

Nəticə sürücü, Xudat şəhər sakini Murad Məlikməmmədov hadisə yerində keçinib. Həmin avtomobildə olan sərnişin, Qusar rayon sakini Gülnar Hüseynova isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya aparılıb.

Hadisə ilə bağlı araşdırma aparılır.
//report.az
OXŞAR XƏBƏRLƏR