Xaçmazda avtomobillə yeniyetməni vurub öldürən sürücünün kimliyi məlum olub

Xaçmazda avtomobillə yeniyetməni vurub öldürən sürücünün kimliyi məlum olub
HADİSƏ
21:30 14.05.2025
473
Xaçmazda ölümlə nəticələnən avtoqəzanı törədən sürücünün kimliyi məlum olub.

Rayonun Nərəcan kəndin ərazisində piyadanın ölməsi ilə baş verən avtoqəzanı törədən şəxs Təyyar Xəlilovdur.

Qeyd edək ki, T.Xəlilov idarə etdiyi "Hyundai" markalı minik avtomobili ilə qohumu, Nərəcan kənd sakini 2011-ci il təvəllüdlü Turan Məcidovu vurub.

T.Məcidovun meyiti müayinə edildikdən sonra ailəsinə təhvil verilib. 

Qəzanı törədən T.Xəlilov isə saxlanılıb.

Faktla bağlı  araşdırma aparılır.
 
/report
OXŞAR XƏBƏRLƏR