Xaçmazda fermada ər arvadın meyiti tapılıb.
AZXEBER.COM Qafqazinfo-ya istinadən xəbər verir ki, meyitlər Qaradağlı kəndindəki fermada aşkar olunub. Ölən şəxslər 1966-cı il təvəllüdlü Telman Cəlilov və 1969-cu il təvəllüdlü Zümrüd Ağamaliyevadır.
Faktla bağlı Xaçmaz rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır. Hadisənin nədən baş verdiyi hələ ki məlum deyil.