Xaçmazda göldə 40 yaşlı kişinin meyiti tapılıb.
AZXEBER.COM-un "Report"a istinadən məlumatına görə, meyit rayonun Yergüc kəndi yaxınlığında bağ sahəsindəki göldə aşkarlanıb.
Tapılan meyitin Ağyazı kənd sakini 1985-ci il təvəllüdlü Bayramov Ələsgər Müseyib oğluna məxsus olduğu məlum olub.
Əraziyə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.
Faktla bağlı araşdırma aparılır.
![](https://azxeber.com/file/pic/xeber/2025-01/1737817521_img_2474.jpeg)