Xaçmaz rayonunda iki gün əvvəl yaşadığı evdə meyiti tapılan Mafizə Şirinbalayevanın öldürüldüyü məlum olub.
Bu barədə AZXEBER.COM-a DİN-in Mətbuat Xidmətinin Quba regional qrupundan məlumat verilib.
Bildirilib ki, 62 yaşlı qadını öldürməkdə şübhəli bilinən 1985-ci il təvəllüdlü Əhmədov Şahin Səməd oğlu polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə saxlanılıb.
Faktla bağlı araşdırmalar aparılır.