Xaçmazda iki gün əvvəl evdə meyiti tapılan qadının öldürüldüyü məlum oldu

HADİSƏ
10:05 03.11.2023
301
Xaçmaz rayonunda iki gün əvvəl yaşadığı evdə meyiti tapılan Mafizə Şirinbalayevanın öldürüldüyü məlum olub.

Bu barədə AZXEBER.COM-a DİN-in Mətbuat Xidmətinin Quba regional qrupundan məlumat verilib.

Bildirilib ki, 62 yaşlı qadını öldürməkdə şübhəli bilinən 1985-ci il təvəllüdlü Əhmədov Şahin Səməd oğlu polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə saxlanılıb.

Faktla bağlı araşdırmalar aparılır.

OXŞAR XƏBƏRLƏR