Xaçmazda intihara cəhdin qarşısı alınıb

SOSİAL
23:44 13.10.2021
176
Xaçmazda intihara cəhd hadisəsi olub.

"Report”un Şimal bürosunun verdiyi məlumata görə, hadisə şəhərin Həsən bəy Rəsulov küçəsində qeydə alınıb.

Rayon sakini Səfər Qurbanov tikilməkdə olan çoxmərtəbəli binaya çıxaraq intihara cəhd edib. Ətrafdakı sakinlərin və polisin köməyi ilə intiharın qarşısı alınıb.

Faktla bağlı araşdırmalar aparılır.

OXŞAR XƏBƏRLƏR