Fevralın 20-si saat 16:30-da piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
AZXEBER.COM Oxu.az-a istinadən xəbər verir ki, Gəndov-Yalama yolunun Xaçmaz rayonu ərazisindən keçən hissəsində rayonun Ləcət kənd sakini 22 yaşlı P.Ağayev idarə etdiyi "Mercedes" markalı avtomobillə 14 yaşlı E.Ağabalayevi vurub. O, müxtəlif dərəcəli bədən xəsarətləri alıb.