"Xalam qızını sevdim, varlı tapıb ərə getdi" - Məşhurların ilk məhəbbəti

"Xalam qızını sevdim, varlı tapıb ərə getdi" - Məşhurların ilk məhəbbəti
MAQAZİN
20:28 26.11.2018
5366
Şou-biznes nümayəndələri bu dəfə ilk məhəbbətlərindən danışıblar. 

AZXEBER.COM axşam.az-a istinadən xəbər verir ki, onlar aparıcı Kazım Sübhanın 106.3 FM-də yayımlanan "Xatirələr nə gözəldir" proqramına ilk sevdikləri şəxslə bağlı açıqlama veriblər. 

Nadir Qafarzadə - Uşaqlıq illərinin məhəbbəti üçün ağlamamışam. Bizə deyirdilər, qızımı sənə verəcəm. Xalam qızına vurulmuşdum, əsgərlikdə eşitdim ki, nişanlanıb. Getdiyi oğlan məndən nə imkanlı, nə də qəşəng idi. Gəlib pis oldum. 

Abbas Bağırov - 7-ci sinifdə sevirdim. Özümdə düşünürdüm ki, qız elə düşünür ona yaraşmıram. O qədər gözəl idi ki... İllər keçəndən sonra eşitdim ailə həyatı qurur, pis oldum. Uşaqlıq sevgisi idi. 

Sevda Yahyayeva - Acı xatirə deyil. Uşaqlıqda elə bilirsən sevirsən. Amma böyüyəndə görürsən ki, bu sadəcə xoşlanmaq olub.

Zamiq Hüseynov - İlk sevgim 18 yaşımda olub. O vaxt məşhur deyildim. Birini sevirdim, elə bilirdim o da sevir. Vaxt keçdi anladım ki, məni yox, varlı birini sevir, kübar həyat istəyir. O da məndə yox idi. 

Natavan Həbibi - 6-cı sinifdə mənə eşqini etiraf edən oğlan o qədər diqqətli, mədəni, tərbiyəli idi ki... 12 yaşı var idi, hər gün mənim qapıma çiçəklər, şokoladlar qoyurdu. Hər səhər qapımı açanda bunları görürdüm. Bütün məktəb bilirdi ki, biz bir-birimizi sevirik. Ailəsi də bilirdi bunu. Hətta bizim ailəmizlə tanış olmuşdular. Biz Türkmənistandan Azərbaycana, onlar isə Almaniyaya köçdü. Əlaqə saxlaya bilmədik, heç yerdə görmədim onu. 

Sevda Ələkbərzadə - Şəxsi həyatdan danışmıram, bu da eynən. Bölüşmək istəmirəm. 

Vüqar Əbdülov - Uşaq yaşımda düşünürdüm ki, nişanlım var. Kimisə sevəcəmsə, bu valideynlərimin göstərəcəyi qız olacaq. Heç vaxt sevgi axtarmadım. Uşaqlıq eşqim də olmadı. Amma ailəmin tapdığı ilə də alınmadı. Sonra böyüdüb, amma sevdiyim yox idi. Təhsil almaq idi planım. Kasıb ailədə böyüdüm. Həmin qızın getdiyi ailə isə zəngin idi. Mən də başladım deməyə ki, qazanacam, varlı olacam. Özüm heç vaxt sevmədim. Ailəm elçi getdi, seçdi. İndi isə uşaqlarımın anası ilə xoşbəxtəm. 

Xəyyam Nisanov - İlk məhəbbətim bağçada başladı. O qədər ona vurğun idim ki, oradakıların ona yaxınlaşmasına imkan vermirdim. Anamı çağırdılar ki, bunu bağçadan çıxarın. Üzbəüz bağçaya keçirdilər. Bir gün ordan qaçıb gəldim qızın yanına. Sonra həmin qız mənimlə eyni sinifə gəldi. Altıncı sinifdə isə başqa məhəbbət tapdım. Məktəb bitəndən sonra bir-birimizi itirdik.

Namiq Qaraçuxurlu - Əgər bir insanla ailə qurursansa, son nəfəsinə kimi yaşayırsansa, sevgidir. İndi düşünürəm ki, mənim sevgim ailəmdir. 
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Tarixi əsər qaçaqmalçılığı əməliyyatı nəticəsində 2 nəfər SAXLANILDI
18:46 16.05.2025
Tarixi əsər qaçaqmalçılığı əməliyyatı nəticəsində 2 nəfər SAXLANILDI
Uzun müddət oturaq işdə çalışmağın səbəb olduğu XƏSTƏLİK
18:40 16.05.2025
Uzun müddət oturaq işdə çalışmağın səbəb olduğu XƏSTƏLİK
"Çelsi" klubunun sahibi cinsi təcavüzdə ittiham olunur
18:40 16.05.2025
"Çelsi" klubunun sahibi cinsi təcavüzdə ittiham olunur
Avtobus park edilmiş avtomobilə çırpıldı, yaralılar var
18:27 16.05.2025
Avtobus park edilmiş avtomobilə çırpıldı, yaralılar var
Tramp: Yaxın Şərq turnesi 12-13 trilyon dollarlıq investisiya razılaşması ilə nəticələnib
18:27 16.05.2025
Tramp: Yaxın Şərq turnesi 12-13 trilyon dollarlıq investisiya razılaşması ilə nəticələnib
Aİ Rusiyanın maliyyə sektoruna qarşı əlavə sanksiya tədbirləri planlaşdırır
18:14 16.05.2025
Aİ Rusiyanın maliyyə sektoruna qarşı əlavə sanksiya tədbirləri planlaşdırır
Əfv Komissiyasının yekun iclası başa çatıb, baxılan müraciətlər Prezidentə təqdim olunacaq
17:49 16.05.2025
Əfv Komissiyasının yekun iclası başa çatıb, baxılan müraciətlər Prezidentə təqdim olunacaq
AZANS “ATM Awards 2024” beynəlxalq mükafat üzrə yüksək yerə layiq görülüb
17:37 16.05.2025
AZANS “ATM Awards 2024” beynəlxalq mükafat üzrə yüksək yerə layiq görülüb
"Kann Film Festivalı"nda hündür saç düzümləri qadağan olunur?
17:34 16.05.2025
"Kann Film Festivalı"nda hündür saç düzümləri qadağan olunur?
Təhsildə müasir trendlər – Pedaqoqlar üçün süni intellekt mövzusunda interaktiv sessiya keçirildi
17:34 16.05.2025
Təhsildə müasir trendlər – Pedaqoqlar üçün süni intellekt mövzusunda interaktiv sessiya keçirildi
I sinif üzrə 100 mindən çox uşağın sorğusu tamamlanıb
17:18 16.05.2025
I sinif üzrə 100 mindən çox uşağın sorğusu tamamlanıb
Ukrayna heyəti İstanbulda sülh barədə qərarlar qəbul etməyə hazırdır
17:13 16.05.2025
Ukrayna heyəti İstanbulda sülh barədə qərarlar qəbul etməyə hazırdır
İmişlidə dəhşət: məktəbli qızın meyiti tapıldı
16:54 16.05.2025
İmişlidə dəhşət: məktəbli qızın meyiti tapıldı
Qəzzada ölənlərin sayı 53 119 nəfərə çatdı
16:41 16.05.2025
Qəzzada ölənlərin sayı 53 119 nəfərə çatdı
Umico kredit xəttinin istifadəçiləri üçün xüsusi kampaniya: komissiyasız alış-veriş imkanı
16:40 16.05.2025
Umico kredit xəttinin istifadəçiləri üçün xüsusi kampaniya: komissiyasız alış-veriş imkanı
Cahangir Əsgərov bu bankın əsas səhmdarı oldu
16:38 16.05.2025
Cahangir Əsgərov bu bankın əsas səhmdarı oldu