Xaləddin İsgəndərov sökün əmrini verdi, intiharlar başladı – DƏHŞƏTLİ FAKTLAR - VİDEO

Xaləddin İsgəndərov sökün əmrini verdi, intiharlar başladı – DƏHŞƏTLİ FAKTLAR - VİDEO
SİYASƏT
16:02 05.11.2015
15470

Parlament seçkiləri bitən kimi Xaləddin İsgəndərov yeni əmr verdi – “sökün”.

AZXEBER.COM xəbər verir ki, Binəqədinin icra başçısı Xaləddin İsgəndərov noyabrın 2-dən sonra Biləcəri, Binəqədi, Xocasən və Sulutəpə qəsəbələrində söküntü işlərinə yenidən start verib. Bu barədə istiqlal.az-a daxil olan məlumatda deyilir ki, İcra başçısının qardaşı oğlu və rayonun tikinti və söküntü işlərindən qeyri-rəsmi məsul olan Valeh İsgəndərovun dəstəsi noybarın 3-də Biləcəri qəsəbəsində bəzi tikililəri yerlə bir edərək bir neçə ailəni gözüyaşlı qoyub.

Məlumata görə, hər gün saat 19.00-da Biləcəri qəsəbəsində Saatlı kafesində (əvvəlki adı “Xan” Çay Evi) toplaşan Valeh İsgəndərov və qoçu dəstəsinin üzvləri - Orxan, Nicat, Hacı (Biləcəri qəsəbə icra nümayəndəsinin sürücüsü olub) və Emin adlı polis serjantı gün boyu həyata keçirdiklər “ev yıxma” əməliyyatından əldə etdikləri qazancın hesabını aparırlar.

Ağ rəngli “Niva” markalı “90…511”, “90…434”, “90…392” (sonuncu “Şevrolet Niva”) nömrəli avtomobillərlə “Saatlı” kafesinin qarşısını bəzəyən Valeh İsgəndərovun (Ağ rəngli JEEP – 90…222) adamları növbəti sökəcəkləri və tikintisinə icazə verəcəkləri evlərin siyahısını tuturlar.

Ötən gün Biləcəri qəsəbəsində də qanunsuz tikililərdən biri səhər saatlarında heç bir xəbərdarlıq edilmədən sökülüb. Qubadlı rayonundan olan məcburi köçkünlərin yaşadığı ünvana gələn bir qrup şəxs polislərin köməkliyi ilə evi sökməyə başlayıblar. Söküntü zamanı ailə üzvləri ilə qoçular arasında əlbəyaxa dava düşüb. Zərərçəkən ailənin üzvləri müxtəlif bədən xəsarətləri alıblar.

Nəticədə ailə üzvləri intihar etmək istəsələr də, ətrafdakı sakinlərin köməkliyi ilə sakinləşdiriliblər.

Söküntüsü gerçəkləşdirilən evlərdən isə “şapka” alınmadığı üçün söküntü əmri çıxardılır. Belə ki, birmərtəbəli ev tikmək istəyənlərdən 10 min AZN, ikimərtəbəli ev tikmək istəyənlərdən isə daha yüksək məbləqlər alınır. Rüşvət verməyən şəxslərin evlərini tikmələri gözlənilir. Belə ki, evin tamamlanmasına az bir müddət qala söküntü gerçəkləşdirilir. Bu isə evin sahibinə həm maddi, həm də psixoloji zərbə vurmağa hesablanıb.

Binəqədidə yaşayan sakinlərin AZXEBER.COM-a verdikləri məlumatlara görə, söküntüyə gələn şəxslər “Niva” markalı avtomobillərdə gəlirlər və onların içərisindəki qoçuların çoxu idmanla məşğul olan şəxslər olur. Onların əsas vəzifəsi vətəndaşlara və sahibkarlara hədə-qorxu gəlmək və şəxslərin tikinti “icazəsi” üçün pulların yığılmasını təşkil etməkdir.

Bu gün də xəbər verdiyimiz kimi, bir sahibkar Zərifə Əliyeva adına göz xəstəxanasının yanında, zeytun bağının içərisində tikilməkdə olan binada intihara cəhd edib. Sahibkar olduğunu deyən şəxs daha işləyə bilmədiyini, bezdiyini bildirib, “Mənim 500 minimi qaytarın” - deyə tələb səsləndirib.

Binəqədi rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov da hadisə yerinə gəlib və həmin şəxs aşağı düşürdülüb.

Daha sonra o, X. İsgəndərov və N. İsmayılov danışmaq üçün yaxınlıqdakı kafeyə gediblər.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Hakan Fidan Putinlə GÖRÜŞƏCƏK
16:26 25.05.2025
Hakan Fidan Putinlə GÖRÜŞƏCƏK
Azərbaycan XİN Afrika Günü ilə bağlı paylaşım edib
16:05 25.05.2025
Azərbaycan XİN Afrika Günü ilə bağlı paylaşım edib
İlbər Ortaylı Qərbi Azərbaycana qayıdış konfransından yazdı: "Tənzilə Rüstəmxanlının çıxışı hamımızı duyğulandırdı"
15:41 25.05.2025
İlbər Ortaylı Qərbi Azərbaycana qayıdış konfransından yazdı: "Tənzilə Rüstəmxanlının çıxışı hamımızı duyğulandırdı"
Lavrov Fidanla Moskva-Kiyev danışıqları ətrafında vəziyyəti müzakirə edəcək
15:29 25.05.2025
Lavrov Fidanla Moskva-Kiyev danışıqları ətrafında vəziyyəti müzakirə edəcək
Hindistan sahillərində təhlükəli yük daşıyan konteyner gəmisi batıb - VİDEO
15:15 25.05.2025
Hindistan sahillərində təhlükəli yük daşıyan konteyner gəmisi batıb - VİDEO
Yollarda görünüş məsafəsi 500 metrədək məhdudlaşacaq
14:54 25.05.2025
Yollarda görünüş məsafəsi 500 metrədək məhdudlaşacaq
Xankəndi şəhərində 51 abituriyent üçün ilk dəfə qəbul imtahanı keçirildi
14:33 25.05.2025
Xankəndi şəhərində 51 abituriyent üçün ilk dəfə qəbul imtahanı keçirildi
Ukraynalı nazir: Azərbaycanın investisiyalarını dəstəkləməyə hazırıq
14:21 25.05.2025
Ukraynalı nazir: Azərbaycanın investisiyalarını dəstəkləməyə hazırıq
DİM: 7 nəfərdə mobil telefon, 2 nəfərdə isə “ağıllı” saat aşkarlanıb
14:01 25.05.2025
DİM: 7 nəfərdə mobil telefon, 2 nəfərdə isə “ağıllı” saat aşkarlanıb
Andrey Sibiqa: Ukrayna bu il Rusiya ilə münaqişəyə son qoymaqda maraqlıdır
13:49 25.05.2025
Andrey Sibiqa: Ukrayna bu il Rusiya ilə münaqişəyə son qoymaqda maraqlıdır
Azərbaycan Ukraynanın Bərpası Konfransında iştirak edəcək
13:45 25.05.2025
Azərbaycan Ukraynanın Bərpası Konfransında iştirak edəcək
Ceyhun Bayramov: Azərbaycan Ukraynanın ərazi bütövlüyü və suverenliyini dəstəkləyir
13:36 25.05.2025
Ceyhun Bayramov: Azərbaycan Ukraynanın ərazi bütövlüyü və suverenliyini dəstəkləyir
Zelenski Prezident İlham Əliyevi təbrik edib
13:20 25.05.2025
Zelenski Prezident İlham Əliyevi təbrik edib
Azərbaycan və Ukraynanın xarici işlər nazirlərinin geniş tərkibdə görüşü başlayıb
13:17 25.05.2025
Azərbaycan və Ukraynanın xarici işlər nazirlərinin geniş tərkibdə görüşü başlayıb
Pəncərə kənarında əyləşməyə görə əlavə pul? - AZAL-dan açıqlama
12:56 25.05.2025
Pəncərə kənarında əyləşməyə görə əlavə pul? - AZAL-dan açıqlama
"Azərbaycan bundan sonra da Ukraynaya humanitar yardımını davam etdirəcək"
12:51 25.05.2025
"Azərbaycan bundan sonra da Ukraynaya humanitar yardımını davam etdirəcək"