Xaləddin İsgəndərovun böyük fiaskosu: Milyonlar suyun altında belə qaldı - VİDEO

Xaləddin İsgəndərovun böyük fiaskosu: Milyonlar suyun altında belə qaldı - VİDEO
SOSİAL
17:17 30.10.2016
10939
 
Bakının Binəqədi rayonunda davamlı yağışlardan sonra yaranmış subasması davam edir. 

Binəqədi şossesinin Rəsulzadə qəsəbəsinə yaxın hissəsində təxminən 2 km məsafədə hələ də böyük həcmdə su var. Fotolardan da göründüyü kimi, FHN-nin və "Azərsu" ASC-nin xüsusi texnikası suyu çəkib, kənara vursa da, nəticəsi olmur. Artıq Bakıda və Abşeron yarımadasında 1 həftədir ki, güclü yağışlar dayanıb. Amma Binəqədi şossesi hələ də sel-su altındadır. 

Vaxtilə bu ərazidə qrunt sularının əmələ gətirdiyi gölməçələr olub. 2000-ci illərin əvvəllərindən başlayaraq, İcra Hakimiyyəti və bələdiyyə gölməçələri qurudaraq ərazini əhaliyə satıb. 

Mütəxəssislərin iddiasına görə, həmin qrunt sularının fəsadlarını aradan qaldırmaq üçün ərazidə tikilən əksər evlər və iaşə obyektləri sökülməlidir. Bir başqa iddiaya görə isə, həmin qrunt suları Böyük Şor gölünə axırmış. Hazırda həmin su axınının göllə əlaqəsi süni şəkildə kəsildiyinə görə bu cür fəsadlar yaranıb. 

Xaləddin İsgəndərov Binəqədi RİH-nə başçı təyin olunduqdan sonra "Təmiz Binəqədi" layihəsi çərçivəsində bəzi işlər görməyə başladı. Amma X.İsgəndərovun icra başçısı kimi gördüyü əksər layihələr fiaskoya uğrayıb. 

Onun Sumqayıt yolunda saldırdığı süni təpələr Avtovağzal Kompleksinə və magistral yola ciddi ziyan vurdu. Rayon ərazisindəki binalara çəkdirdiyi "poliureten" üzlüklər böyük yanğına səbəb oldu. Bunun nəticəsində 2015-ci ilin may ayının 19-da çıxan yanğında 18 vətəndaşımız həyatını itirdi, dövlətə böyük ziyan dəydi. 

İndi də Bakının ən böyük şosselərindən birini sel-su basıb, heç cür qarşısını almaq mümkün olmur. (Yeni Müsavat)
 
 






OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Tarixi əsər qaçaqmalçılığı əməliyyatı nəticəsində 2 nəfər SAXLANILDI
18:46 16.05.2025
Tarixi əsər qaçaqmalçılığı əməliyyatı nəticəsində 2 nəfər SAXLANILDI
Uzun müddət oturaq işdə çalışmağın səbəb olduğu XƏSTƏLİK
18:40 16.05.2025
Uzun müddət oturaq işdə çalışmağın səbəb olduğu XƏSTƏLİK
"Çelsi" klubunun sahibi cinsi təcavüzdə ittiham olunur
18:40 16.05.2025
"Çelsi" klubunun sahibi cinsi təcavüzdə ittiham olunur
Avtobus park edilmiş avtomobilə çırpıldı, yaralılar var
18:27 16.05.2025
Avtobus park edilmiş avtomobilə çırpıldı, yaralılar var
Tramp: Yaxın Şərq turnesi 12-13 trilyon dollarlıq investisiya razılaşması ilə nəticələnib
18:27 16.05.2025
Tramp: Yaxın Şərq turnesi 12-13 trilyon dollarlıq investisiya razılaşması ilə nəticələnib
Aİ Rusiyanın maliyyə sektoruna qarşı əlavə sanksiya tədbirləri planlaşdırır
18:14 16.05.2025
Aİ Rusiyanın maliyyə sektoruna qarşı əlavə sanksiya tədbirləri planlaşdırır
Əfv Komissiyasının yekun iclası başa çatıb, baxılan müraciətlər Prezidentə təqdim olunacaq
17:49 16.05.2025
Əfv Komissiyasının yekun iclası başa çatıb, baxılan müraciətlər Prezidentə təqdim olunacaq
AZANS “ATM Awards 2024” beynəlxalq mükafat üzrə yüksək yerə layiq görülüb
17:37 16.05.2025
AZANS “ATM Awards 2024” beynəlxalq mükafat üzrə yüksək yerə layiq görülüb
"Kann Film Festivalı"nda hündür saç düzümləri qadağan olunur?
17:34 16.05.2025
"Kann Film Festivalı"nda hündür saç düzümləri qadağan olunur?
Təhsildə müasir trendlər – Pedaqoqlar üçün süni intellekt mövzusunda interaktiv sessiya keçirildi
17:34 16.05.2025
Təhsildə müasir trendlər – Pedaqoqlar üçün süni intellekt mövzusunda interaktiv sessiya keçirildi
I sinif üzrə 100 mindən çox uşağın sorğusu tamamlanıb
17:18 16.05.2025
I sinif üzrə 100 mindən çox uşağın sorğusu tamamlanıb
Ukrayna heyəti İstanbulda sülh barədə qərarlar qəbul etməyə hazırdır
17:13 16.05.2025
Ukrayna heyəti İstanbulda sülh barədə qərarlar qəbul etməyə hazırdır
İmişlidə dəhşət: məktəbli qızın meyiti tapıldı
16:54 16.05.2025
İmişlidə dəhşət: məktəbli qızın meyiti tapıldı
Qəzzada ölənlərin sayı 53 119 nəfərə çatdı
16:41 16.05.2025
Qəzzada ölənlərin sayı 53 119 nəfərə çatdı
Umico kredit xəttinin istifadəçiləri üçün xüsusi kampaniya: komissiyasız alış-veriş imkanı
16:40 16.05.2025
Umico kredit xəttinin istifadəçiləri üçün xüsusi kampaniya: komissiyasız alış-veriş imkanı
Cahangir Əsgərov bu bankın əsas səhmdarı oldu
16:38 16.05.2025
Cahangir Əsgərov bu bankın əsas səhmdarı oldu