‘Xalidə Xalid və Şamxal Hüseynov bizə təhvil verilməyib’ - Azərbaycanın Baş Konsulluğu

‘Xalidə Xalid və Şamxal Hüseynov bizə təhvil verilməyib’ -  Azərbaycanın Baş Konsulluğu
SİYASƏT
17:14 22.05.2013
1733

Təbrizdə həbs olunan və mayın 19-da azadlığa buraxıldığı iddia edilən Azərbaycan vətəndaşları Xalidə Xalid və Şamxal Hüseynov hələ ölkəmizin Təbrizdəki Baş Konsulluğuna təhvil verilməyib.

Bu barədə APA-ya Azərbaycanın Təbrizdəki Baş Konsulluğundan bildiriblər.

Diplomatik missiyadan qeyd olunub ki, Baş Konsulluq vətəndaşlarımızın azadlığa buraxılması ilə bağlı verilən qərara görə, İran tərəfinə öz razılığını ifadə edib və vətəndaşlarımızın qısa müddət ərzində Azərbaycan tərəfinə təhvil verilməsini gözləyir.

OXŞAR XƏBƏRLƏR