Xalidə Xalid və Şamxal Hüseynov nə vaxt Azərbaycana qayıdacaq?
SİYASƏT
13:50 25.05.2013
1658
İranda həbsdən azad edilən Azərbaycan Milli Elmlər Akademiyasının Ədəbiyyat İnstitutunun Xarici ölkələr ədəbiyyatı və xarici ədəbi əlaqələr şöbəsinin elmi işçisi Xalidə Xalid və onun sürücüsü Şamxal Hüseynovun hələ də vətənə dönmədiklərinin səbəbi məlum olub. ANS PRESS-in İran İslam Respublikasındakı müxbirinin verdiyi məlumata görə, onlar hazırda Azərbaycanın Təbrizdəki konsulluğundadır. Xalidə Xalid və Şamxal Hüseynovun vizalarının müddəti bitdiyi üçün onlar Azərbaycana qayıda bilmirlər. Hazırda sənədlərin qaydaya salınması üçün konsulluq tərəfindən lazım olan bütün tədbirlər görülür.