Xaliq Hüseynov: "Bu gün müstəqil ölkədə yaşamağımız bizim üçün ən böyük xoşbəxtlikdir"

Xaliq Hüseynov: "Bu gün müstəqil ölkədə yaşamağımız bizim üçün ən böyük xoşbəxtlikdir"
Seçki2024
11:45 03.02.2020
1060
Seçki kampaniyası çərçivəsində keçirdiyimiz tədbirlər həm anım, həm özəl günlərin qeyd olunduğu ərəfəyə təsadüf edib.
 
Bunlardan xüsusi qeyd etdiyimiz günlərdən biri də 02.02.2020 tarixində qeyd etdiyimz Gənclər günü olub. 18 saylı Nərimanov-Nizami Seçki Dairəsindən deputatlığa namizəd Xaliq Hüseynovun seçki qərargahı  bu özəl günü xüsusi qeyd etdi. 18 yaşı yeni tamam olmuş ilk dəfə səs verəcək və  qərargahda seçki kampaniyasının ilk günündən könüllü olaraq fəaliyyət göstərən 18 nəfər gənclə 02 fevral Gənclər Günü qeyd olunub.
 
Xaliq Hüseynov simvolik olaraq toplaşan 18 nəfər gəncin timsalında butun Azərbaycan gənclərini təbrik edib, seçki kampaniyasının ilk günündən qərargahda fəaliyyət göstərən könüllülərə təşəkkür edərək, fikirlərini belə bildirdi: " Tarixdə böyük şəxsiyyətlərin əksəriyyəti gəncliyə xitab etmişdir.
 
Azərbaycanda 2 fevralın məhz gənclər günü kimi qeyd olunması ilə bağlı sərəncam imzalayan ümummilli liderimiz gənclərə müraciət edərək demişdir: "Biz müstəqil Azərbaycanın taleyini gələcəkdə sizə tapşıracağıq.
 
Ona görə də Azərbaycanı, Azərbaycan dövlətini yaşatmaq, inkişaf etdirmək üçün hazır olun!”. Bu gün gəncliyə müraciət edən cənab prezidentimz İlham Əliyev isə "Azərbaycanın gələcəyi siz gənclərin əlindədir. Gənclər, mən sizə inanıram, güvənirəm!" deyir.  Böyük xoşbəxtlik, böyük səadətdir ki, indiki gənclər müstəqillik dövründə formalaşırlar.
 
Bəzi hallarda indiki gənclərin təsəvvürlərinə belə gələ bilməz ki, vaxtilə yaşadığımız ölkədə müəyyən məhdudiyyətlər olmuşdur, azadlıqlar yox idi.
 
Sərbəst fikir söyləmək, başqa cür düşünmək, fərqli dünyagörüşünə malik olmaq kimi hər bir insan üçün təbii olan imkanlar mövcud deyildi. Bu gün müstəqil ölkədə yaşayıb fəaliyyət göstərməyimiz bizim hamımız, o cümlədən gənclərimiz üçün ən böyük xoşbəxtlikdir. Eyni zamanda, müstəqil, azad, demokratik dövlətə xas olan bütün amillər Azərbaycanda mövcuddur.
 
Bu il cənab prezidentinn sərəncamı ilə "Könüllülər ili" elan olunub. Mən bu gözəl gün münasibətilə bütün gəncləri təbrik edir, komandamızda toplaşan könüllülərə təşəkkürümü bildirirəm və düşünürəm ki, millət vəkili seçilərəmsə, bu günkü komandamızın sıralarını daha da artıracağıq."Sonra könüllülər, Nizami və Nərimanov rayon sakinlərindən 18 yaşı tamam olmuş, 9 fevralda  ilk dəfə səs verəcək gənclər öz ürək sözlərini dedilər. Tədbirin sonunda Xaliq Hüseynov gənclərlə birlikdə tort kəsdi, xatirə fotosu çəkdirdi.

#seçki2020 #milliməclisəseçkilər #parlament2020 #konullulər #səs #huseynovxaliq #drxaliqhuseynov #sənininamınsəninsəsinsəninqələbən
 

 

 

 

 

 

 

 

 

 

 

 


OXŞAR XƏBƏRLƏR