Xaliq Hüseynovdan maarifləndirici video: "Sabahımıza gedən yolu #evdeqal araq işıqlandıraq!"

SOSİAL
19:44 03.04.2020
449
Xaliq Hüseynov maarifləndirici video hazırlayıb.
 
AZXEBER.COM həmin videomüraciəti təqdim edir: 
 
Hörmətli izləyicilərim!

Bütün dünyanı saran covid-19 virusu haqda bir həkim kimi sizləri, xalqımızı maarifləndirməyi özümə borc bildim. Ümid edirəm ki, bu məlumatın müəyyən qədər təsiri olacaq. Amma və lakin, bu qorxulu virusdan qorunmaq üçün birmənalı şəkildə qəbul edib ciddi əməl edəcəyimiz yalnız bir addım atmaq tələb olunur! O da özünü izolyasiya edib, #evdeqal -maq! 

Əzizlərim, bacılarım, qardaşlarım! Hamılıqla bu qaydaya əməl etsək, ən qısa zamanda bu dəhşətli virusdan xilas ola biləcəyik! #evdeqal Azərbaycan! Özünü, ailəni qoru! Sabahımıza gedən yolu #evdəqal -araq işıqlandıraq!
 

OXŞAR XƏBƏRLƏR