Xalq artisti 12 illik fasilədən sonra yenidən səhnədə - FOTOLAR

MAQAZİN
17:06 24.05.2013
2348
Xalq artisti Brilliant Dadaşova uzun sürən fasilədən sonra Heydər Əliyev adına Sarayda konsert verəcək.AZXEBER.COM-un məlumatına görə, bu gün mətbuat konfransı keçirən xalq artisti mayın 29-u Heydər Əliyev adına Sarayda “Apar məni” adlı solo konsert proqramı ilə çıxış edəcək.Konsertin təşkilatçısı “Fire land production” şirkətidir. Konsertin yüksək səviyyədə təşkili məqsədilə Türkiyədən səs və işıq avadanlıqları gətirilib. Öz ansamblı ilə səhnədə çıxış edəcək xalq artisti konsert proqramında yeni mahnılarla yanaşı retro mahnılarda ifa edəcək.Konsertdə qonaq qismində xüsusi olaraq tanınmış balaban ifaçısı Əlixan Səmədov da təşrif buyuracaq. Bununla yanaşı azərbaycanlı müğənnilərdən xalq artisti Zülfiyyə Xanbabayeva, əməkdar artistlər Tünzalə Ağayeva, İlqar Muradov, Elza Seyidcahannın da gəlişi gözlənilir.Foto Hüseyn Mehdiyev

OXŞAR XƏBƏRLƏR