Xalq artisti 8 ildən sonra Nazpəri üçün canlı yayıma gəldi - VİDEO

MAQAZİN
16:24 23.12.2024
469
Xalq artisti Alim Qasımov 8 ildən sonra ilk dəfə canlı yayımlanan verilişə çıxıb.

AZXEBER.COM xəbər verir ki, sənətkar, həmkarı Xalq artisti Nazpəri Dostəliyevanın ad günündə qızı Fərqanə Qasımova ilə birlikdə "Rəngarəng" verilişində qonaq olub.
 
Sənətkarlar canlı ifalar edərək tamaşaçıların könlünü oxşayıb.
 
Xalq artisti Zaur Nəbioğlunun xüsusi dəvətini qəbul edərək verilişə qatılmağa razılıq verdiyini deyib:
 
"Sənə mənim xüsusi hörmətim var. Bu sənəti sevən və məni dəfələrlə verilişlərə çəkən adamsan. Pərviz Bülbülə ilə meyxana da demişdik hətta. Mənim üçün də konsert kimi bir veriliş hazırlasan, yaxşı pul versən gələrəm".
 
Xatırladaq ki, Alim Qasımov 8 ildir ki, televiziya verilişlərinə qatılmaqdan imtina edir. O, hətta verilişdə iştirak etmək üçün müəyyən miqdarda qonorar tələb edirdi. Bu onun 8 ildən sonra qatıldığı ilk canlı verilişdir.
 
Aysel

 

OXŞAR XƏBƏRLƏR