Görkəmli teatr və kino aktyoru, xalq artisti Ağasadıq Gəraybəylinin 120 illik yubileyi münasibəti ilə xatirə gecəsi keçiriləcək.
Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının mətbuat xidmətinin rəhbəri Əli Vəliyevin Azxeber.com-a verdiyi məlumata görə xalq artistinin yubiley gecəsi Mədəniyyət və Turizm Nazirliyi, Dövlət Film Fondu, Cəfər Cabbarlı adına Dövlət Teatr Müzeyi və Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının təşkilatı dəstəyi ilə keçiriləcək.
27 Oktyabr saat 16:00-da Cəfər Cabbarlı adına Dövlət Teatr Müzeyində keçiriləcək tədbirdə onun mənalı ömür yolundan, yaratdığı təkrarsız obrazlardan danışılacaq, bununla yanaşı böyük sənətkarın çəkildiyi filmlərdən fraqmentlər nümayiş olunacaq və sənətkarın həyat və yaradıcıllığına həsr olunmuş fotosərgi də təşkil olunacaq.