Xalq artisti Natiq Şirinov müqəddəs torpaqlardan görüntülərini yayımlayıb.
AZXZEBER.COM xəbər verir ki, sənətçi ailəsi ilə birlikdə Ümrə ziyarətində olduqlarını bildirib.
Bacısı və anasının da olduğu fotoya xalq artisti bu sözləri qeyd edib:
"Həyatımın ən böyük arzularından birini gerçəkləşdirdim. Anamı, bacımı və yoldaşımı Ümrə ziyarətinə gətirmək nəsib oldu. Birlikdə Mədinə və Məkkənin müqəddəs torpaqlarını ziyarət etdik. Bu nemətə görə sonsuz şükürlər! Allah hər kəsə ailəsi ilə bu mübarək anları yaşamağı qismət etsin Inşallah!".
Aysel













































