"Həyat səninlə gözəldir, mənim ağıllı, gözəl qızım! Yaşama səbəbim, aldığım nəfəsim! Allaha nə qədər şükür etsəm, yenə də azdır".
AZXEBER.COM xəbər verir ki, bu sözləri Xalq artisti Məleykə Əsədova qızının ünvanına yazıb.
O, qızının doğum gününü bu sözlərlə təbrik edib:
"Həyat səninlə gözəldir, mənim ağıllı, gözəl qızım!Yaşama səbəbim, aldığım nəfəsim! Allaha nə qədər şükür etsəm, yenə də azdır. Ad günün mübarək olsun. 20 yaşın sənə sağlam can, parlaq gələcək, uğur, şans, yüksəkliklər, sevinc və bütün gözəllikləri bəxş etsin. Universiteti sağ-salamat bitirib, magistraturaya qəbul olmağını arzulayıram. Bir sözlə, gözlərin və addımların daim gözəlliklərə qovuşsun. Xoşbəxtlik qismətin olsun, məni ana edən qızım. Qəlbimdə sənə aid o qədər arzularım var ki... Allahdan diləyim budur ki, arzularıma çatım və onları səninlə birlikdə yaşaya bilim. Allahım, sənə sonsuz şükürlər olsun".
Aysel