Xalq artisti Aygün Kazımova jurnalisti təhqir etdi

MAQAZİN
23:41 30.01.2012
4248
Dünən paytaxtın istirahət məkanlarının birində Aygün Kazımova özünün növbəti doğum gününü qeyd edib. Təbrikə gələnlər sırasında tanınmışlardan xalq artistləri Faiq Ağayev, Zülfiyyə Xanbabayeva öz prodüsseri Nigar ilə, müğənnilər Rəhim Rəhimli, Zamiq, Röya öz həyat yoldaşı Anar bəylə, Sevda Yəhyayaeva, Günel Ələkbərova və bir çoxları olub. Mərasimin aparıcılığı şoumen Murad Dadaşova həvalə olunub. Kazımovanın ad gününə say-seçmə 3-4 jurnalist də dəvət olunublar. Bəziləri isə acığa dəvətlilər arasında yer almayıblar. Məsələn, həmişə Aygün Kazımovadan maraqlı məqalələr yazan Səs İnformasiya Agentliyinin (SİA) əməkdaşı Türkan Məmmədli bir neçə gün öncə Natəvan Həbibinin üzüyündən yazdığı üçün dəvətdən məhrum olub. Bir vaxtlar Kazımovaya “kişi qızıdır” deyən həmkarımız Lalə Yusifqızı da kimlərinsə qəzəbinə tuş gələrək, adı dəvətlilər sırasına salınmayıb. Simsar.az saytının əməkdaşının ad günündə olmaması isə Aygünün prodüsseri Tolikin “biz istəmirik, bizə lazım deyil” deməsi ilə o “böyük şərəfə” layıq görülməyib... Özümüz orda olmasaq da aldığımız xəbərə görə məkan çox qəribə görünüşə malik imiş. Qonaqların bir hissəsi VİP-də, bir hissəsi ağappaq məkanda, az hissəsi isə divarları qara rənglə boyanmış, qara döşəkcələr düzülmüş yerdə əyləşdiriliblər. Bir sözlə, bu mənzərə əsl Dədə Qorqud filmində olduğu kimi qırmızı, ağ və qara çadırlara bənzəyib. Hətta qara çadıra daxil olmaq üçün qonaqlar əvvəlcə qara pərdələrdən keçərək, məkana daxil olublar. Məsələ burasındadır ki, ölkənin ünlü şou-biznesi yazarı, Aygünə “Milli Beyons” adını yaraşdıran Şahin Cavadsoy da “qara çadırda” oturanlar sırasına düşüb. Və bu hal jurnalisti təbirindən çıxardıb. Özünü yuxarıda adıçəkilən filmdəki Aruz obrazında hiss edən Cavadsoy “qara çadıra göndərildiyindən” qəzəblənərək, məclisi yarımçıq tərk etmək qərarına gəlib. Onun məclisi tərk etdiyini görən superulduz Faiq Ağayev Şahini sakitləşdirmək istəsə də Cavadsoy getmək qərarında israrlı olub. Hətta tərk etməzdən qabaq F.A-ya “Bütün müğənniləri satın, pullarını fəqir-füqəraya yedizdirin. Heç bir müğənni sizin kimi jurnalistlərə böyük hörmət qoymur”-deyib. Açığı, həmkarımızın bu fikri ilə tamamilə razıyıq. Superulduz F.A məhz o azlıq təşkil edən müğənnilərdəndir ki, jurnalist onun haqqında nə yazmasına baxmayaraq, heç vaxt dostluq münasibətlərinə xələl gətirməz, əksinə, həmişə hörmətlə yanaşıb, gözəl münasibətini daha da möhkəmləndirir. Halbuki bu gün kələ-kötür şou-biznesimizdə bir çox müğənnilər məhz biz jurnalistlərin yazıları sayəsində məşhur olublar. Amma məşhur olduqdan sonra nankorluq simptomları onların canlarına düşərək, çarəsi tapılmayan “ulduzluq” xəstəliyi yaradıb. Hətta aralarında elələri var ki, özlərini ağa kimi apararaq, asanca jurnalisti hədələyir, üzlərinə deyə bilmədikdə isə hədələrini başqalarının vasitəsilə ismarıc olaraq göndərirlər. Bu arada, belə “ulduzlarımıza” orta məktəbdə üzünə həsrət qaldıqları yağlı 5! Qayıdaq Cavadsoya olunan hörmətsizliyə. Diqqətə çatdıraq ki, Şahin son vaxtlar Kazımova haqqında ən çox yazılar yazaraq, müğənnini gündəmdə saxlayan, hətta ən çıxılmaz məqamlarda imdadına yetən jurnalistdir. Belə olan halda, təbii ki, həmkarımız məhz “qırmızı çadırda” oturanlar sırasında olmalı idi. Cavadsoyun ad günündə yaşadıqlarının həqiqət olub-olmadığını dəqiqləşdirmək üçün gecə narahat etməyib, səhər əlaqə saxladıq. Cavadsoy baş verənləri təkrarən danışmasa da yuxarıda qeyd olunanları vergül-nöqtəsinə qədər təstiqlədi: “Doğrudan da özümü qara çadıra göndərilmiş Aruz kimi hiss etdim. Bu hal, bütün əsəblərimi tarıma çəkdi. Mən Kazımova üçün sıradan bir jurnalist deyildim ki, ad günündə mənimlə o cür davranmağa yol verilirdi. Bundan sonra Aygün Kazımova adlı müğənni tanımıram”. Onu da qeyd edək ki, “qara çadrda” əyləşən bəzi qonaqlar özlərini o yerə layiq görməyib Cavadsoy kimi məclisi tərk etmək əvəzinə, “ağ çadırda” onlara aid olmayan boş yerlərə üz tutublar. Cavadsoyun o cür müğənnini tanıyıb-tanımaması ixtiyarı özündə, amma bu arada Kazımovanın bir neçə il əvvəl “Neolit” şadlıq evində düzənlədiyi ad günü yadıma düşdü. Onda da Kazımova jurnalistləri qapı arxasında qoyaraq, onların məclisə girməsini yasaqlatmışdı. Həmin vaxt qızı İlqarə isə maqazin verilişlərinin birinə müsahibə verərək “mama yaxşı edir. Gəlib yeyirlər, sonra da gedib ağızlarına gələni yazırlar”-demişdi. Amma illər ötdü, İlqarə müğənni oldu. Və onun bir müddət əvvəl yaşadığı xoşagəlməz olayda da köməyinə, dəstəyinə məhz həmin “ağızlarına gələni yazan” jurnalistlər çatdılar. Güman edirik ki, bu dəfə anasının ad gününə jurnalistlərin say-seçmə çağırılmalarında onun da təşəbbüsü yoxdur. Ad günün mübarək, Aygün Kazımova! Qeyd edək ki, reportajı jurnalist Azər Nəsibov hazırlayıb 

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

02:33 07.02.2025

Ağ Ev: Vaşinqton Qəzzaya qoşun göndərməyəcək

00:34 07.02.2025

Hacıqabulda qatarda yanğın - 4 nəfər tüstüdən zəhərləndi

00:31 07.02.2025

"Real Madrid"in cəzalandırılması tələb edilir

00:27 07.02.2025

“”Beşiktaş” karyeramda xüsusi yeri olan klubdur”

23:45 06.02.2025

“İran nüvə silahına can atmır” - Pezeşkian

23:23 06.02.2025

Ağır insult keçirən şəxs əlillik dərəcəsi ala bilmir - VİDEO

23:13 06.02.2025

Harutyunyan məhkəmədə Paşinyanın yalanını ifşa etdi

22:57 06.02.2025

Məktəbdə şagirdə naməlum kağız və nömrə verildi - DİN işə qarışdı - FOTOLAR

22:40 06.02.2025

Azərbaycanlı gənc Yunanıstanda niyə həbs edilib? - AÇIQLAMA - VİDEO

22:27 06.02.2025

Dövlət ittihamçısı: Azərbaycan xalqına qarşı cinayətlər qəddarlıqla və amansızlıqla törədilib

22:16 06.02.2025

Davit Babayan saxlanma şəraiti barədə: Burada bizə qarşı heç bir təzyiq olmayıb

22:03 06.02.2025

Diplomları soruşulanda dilləri topuq vuran saxta həkim və kosmetoloqlar - ARAŞDIRMA - VİDEO

21:46 06.02.2025

Gəncədə məktəbli siqaret çəkdi: Təhqiramiz ifadələr işlətdi

21:26 06.02.2025

Küləyin sürəti güclənib, yağış yağır - FAKTİKİ HAVA

21:18 06.02.2025

Hərbi cinayətlərdə təqsirləndirilən erməniəsilli şəxslərin məhkəmə prosesi davam edir

20:48 06.02.2025

Hindistanda təyyarə təlim uçuşu zamanı qəzaya uğrayıb