Xalq artisti Canəli Əkbərov komaya düşdü

MAQAZİN
14:49 21.10.2021
542
"Azərbaycanın Xalq artisti, xanəndə Canəli Əkbərov komaya düşüb".

AZXEBER.COM xəbər verir ki, bunu "Report"a açıqlamasında sənətçinin oğlu Sabir Əkbərov deyib.

"Özüm də həkiməm, hər an yanındayam. Atamın səhhəti keçən il də ağırlaşmışdı. Ayaqlarında problem yaranmışdı. O, həm də şəkərli diabetdən əziyyət çəkir. Hər şey bir anın içində oldu. Şəkəri qalxdı və komaya düşdü. Üç gündür sistemlərin hesabına həyatda qalır", - o bildirib.

Qeyd edək ki, C.Əkbərov 1940-cı il martın 10-da Lənkəran rayonunda anadan olub.

OXŞAR XƏBƏRLƏR